Deputat: “Əhalinin yüksək seçicilik aktivliyi müşayət olunur”

Deputat həmkarım Tural Gəncəliyevlə birlikdə Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-dən İstanbul şəhərinə səfərdəyik.

Seçki günü ilk olaraq İstanbul Topkapi Universitetində yerləşən seçki məntəqəsində olduq. Qeyd edim ki, seçki prosesi beynəlxalq normalara uyğun olaraq aparılır və əhalinin yüksək seçicilik aktivliyi ilə müşayət olunur.