Deputat Əliabbas Salahzadə seçicilərin hansı probləmlərini həll etdi?

Müraciətlərimizə həssaslıqla yanaşılır Sabunçu sakinləri.

Milli Məclisin deputatı Əliabbas Salahzadə haqqında seçicilər bu fikirləri söylədilər:

XALQ.AZ-ın əməkdaşı millət vəkili seçicilərin problemlərini həll edə bilirmi sorğusu ilə 27 saylı Sabunçu ikinci seçki dairəsi sakinləri ilə söhbət etmiş. Sorğu zamanı Sabunçu rayon sakinləri millət vəkili Əliabbas Salahzadəni belə xarakterizə etmişlər.
XALQ.AZ Sabunçu sakinləri ilə aparılan sorğunu təqdim edir:


Kərdəxanı qəsəbəsi sakini Samir Eyyubov


Mən ustayam iki övladım var məktəblidir, millət vəkilinə müraciət etmişdim pandemiya vaxtı işlə bağlı çətinliyimiz yaranmışdır. Müraciətimizdən sonra ailəmə yardım edildi. Bundan başqa usta olduğum üçün daimi iş olmadığına görə bir daha müraciət etmişdim və müraciətim həll olundu daimi iş yeri ilə təmin olundum . Sosial şəbəkələrdən, və xəbərlərdən Əliabbas müəllimin fəaliyyətini izləyirəm. Gələcək fəaliyyətində uğurlar arzulayıram.

Şəhid Orxan Qasımovun anası Ramanı qəsəbə sakini Gülsarə Quliyeva


Mən millət vəkilimizə məktəbli oğlumla bağlı müraciət etmişdim oğlum Orxan şəhid olduqdan sonra kiçik oğlum çox sarsıntı keçirmişdir məktəb dərslərində çətinliyi yaranmışdır. Müraciətimizə dərhal cavab verildi,qayğılarımızla maraqlandı. Orxanın qanı yerdı qalmadı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz vətənimizin sərhədlərini bərpa etdi Azərbaycan torpaqları işğaldan azad olundu. Əliabbas Salahzadə gənc olmasına baxmayaraq o hər kəsin qayğıları ilə maralaqnır və əlindən gəldiyi bütün müraciətləri həll edir.

Vətən müharibəsi Qazisi Balaxanı qəsəbəsi sakini Kamran Xalıqov

Mən Qazi olaraq şərəf duyuram ki, işğaldan torpaqlarımızı azad etdik. Vətən müharibəsində qələbə qazandığımız gündən yaralı olsamda sevinc hissləri ilə yaşayıram.Millət vəkili Əliabbas Salahzadə mənim qayğılarımla daima maraqlanır müalicəm və ailə vəziyyətimlə bağlı mütəmadi yardımlar olunur. Onun fəaliyyətini sosial şəbəkələrdən də izləyirəm,aktiv deputatlarımızdandır.

Sabunçu qəsəbəsi sakini,təqaüdçü Rasib Mustafayev


Mən təqaüdçüyəm Əliabbas müəllimə müraciətimiz küçəmizdə komunal probləmlərlə bağlı olmuşdur.Müraciətimiz nəzarətə götürüldü və aidiyyatı qurumlar daima məşgul olurlar. Deputatımızı televiziyada çıxışlarına baxıram,fəaliyyətində uğurlar arzulayıram.

Ramanı qəsəbəsi sakini Natavan Ramazanova


Mən və qonşularımız millət vəkilinə avtobusla bağlı müraciət etmişdik. Müraciətimiz BNA ilə bağlı idi neçə dəfə onalara müraciət etsəkdə məsələmizlə maraqlanmırdılar. Belə ki, (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə avtobus keçmirdi və biz çox çətinlik çəkirdik. Deputatımıza müraciətdən sonra dərhal məsələ həll olundu.

Sabunçu qəsəbə sakini Azer Tağıyev


Bizim kollektiv formada deputata müraciətimiz olmuşdur, ərazidə komunal problemlər var idi. Müraciətimizdən sonra aidiyyatı qurumlar mütəmadi ərazidə olan çatışmamazlıqları aradan qaldırıldı. Fəaliyyətin izləyirəm, çalışqan insandır.

Pırşağı qəsəbəsi sakinin Sevda Hüseynova


Mən deputatımızı tanıyıram,daima fəaliyyətini izləyirəm. Mütamadi olaraq aztəminatlı ailələrə pandemiya vaxtı yardımlar edib,qonşuluqda yaşayan xəstəsi olan ailəyə yardım edir. Müraciətimiz olmayıb bü günə qədər olsa inanıram ki, müsbət həllini tapacaq.

Sabunçu qəsəbə sakini Rauf Zülfüqarov


Mən deputatımız Əliabbas Salahzadəni tanıyıram,biz müraciət etmişdik ona bizim küçədə komunal problemlər daima yaranırdı. Müraciətimizdən sonra aidiyyatı qurumlar davamlı işlərin görməyə başladılar. Televiziyadan görmüşəm çıxışlarını,gəncdir ugurlar arzulayıram.

Pirşağı sakini Fatma Həsənova


Bizim çox ciddi komunal problemlərimiz var idi yaşadığımız ərazidə, millət vəkilinə müraciətimizdən sonra dərhal aidiyyatı qurumlar gəldilər bu məsələni həll etdilər. Qonşularımızda öz razılıqlarını bildirirlər.

Zabrat qəsəbə sakini Aynur Abdullayeva


Biz qonşularla birgə Əliabbas müəllimə müraciət etmişdik, yaşadığımız əraziyə su gəlmirdi. “Azərsu” ASC-nə müraciət etsəkdə heç bir tədbir görülmürdü. Deputatımıza müraciət edikdən sonra ərazimizdə olan su problemi həll olundu. Hal-hazırda heç bir çətinliyimiz yoxdur.