Deputat Azərbaycan- Gürcustan sərhəddində vizanın verilməsini təklif etdi

Milli Məclisin dünən keçirilən plenar iclasında “Turizm haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakir olundu. Milli Məclisin deputatı Nigar Arpadarai bir sıra təkliflər irəli sürdü. Deputat bildirib ki, Azərbaycanla Gürcüstan arasında sərhəd keçid məntəqəsində real vaxt rejimində viza müraciətinə baxılması və imtina üçün əsas olmadıqda vizanın verilməsi ilə bağlı olub. Çox vaxt Gürcüstana səfər edən Avropalı və ya Asiyalı turistlər maşın və ya qatarla Gürcüstandan Azərbaycana da səfər etmək istəyirlər. Düşünürəm ki, sərhəd keçid məntəqəsində vizanın verilməsi Gürcüstandan gələn turistlərin gəlişini daha rahat edərdi. Əlbəttə bu mövzu indi gündəmdə olmaya bilər, amma əminəm ki, yaxın bir zamanda sərhədlər açılacaq və biz gözəl ölkəmizi xarici vətəndaşlara göstərə biləcəyik.

XALQ.AZ