Deputat: “Azərbaycan yenidən humanist addım atdı”

“Ermənistan Azərbaycana minalanmış ərazisinin yalnız kiçik
hissəsinin xəritəsini verib. Bu, çox kiçik ərazini əhatə edir”.

Bu sözləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol
Paşinyan söyləyib. Paşinyan bu açıqlaması ilə beynəlxalq humanitar hüquq normalarının pozulmasını birbaşa etiraf edir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarai məsələ ilə bağlı fikirlərini bölüşüb.

O, Azərbaycan tərəfindən saxlanılan bütün erməni hərbiçilərinin 3 tərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində saxlanıldığını, onların cinayətkar olduqlarını və Azərbaycan qanunvericiliyinə uyğun olaraq cavab verməli olduqlarını bildirib. Onların bir qrupunun artıq məhkəmə prosesi gedir: “15 nəfər erməninin öz tərəflərinə təhvil verilməsi ilə Azərbaycan bu dəfə də humanist addım atdı. Eyni zamanda, Azərbaycan Ağdam rayonunun minalanmış ərazilərin xəritələrini əldə etdi. Xatırlatmaq istərdim ki, bütün ərazilərin xəritələrinin təqdimatı beynəlxalq humanitar hüquqa görə Ermənistanın öhdəliyindədir. Paşinyanın bu bəyanatı isə beynəlxalq humanitar hüquq normalarının pozulmasını etiraf etməsidir.


Biz bunu mümkün qədər çox beynəlxalq aləmdə yaymalı,
içtimailəşdirməliyik. Təəssüf ki, son 3 illik ərzində Ermənistanın
bütün hökumətləri, rəhbərləri beynəlxalq hüquq normalarını
daima pozub. Paşinyan isə populistdir. Onun bu bəyanatı erməni cəmiyyətində ümumi yanaşmanı göstərir. Paşinyan ancaq Ermənistanda
insanların eşitmək istədiyi sözləri işlədir. Ermənistan cəmiyyəti istəmir ki, minalanmış ərazilərin xəritələri təqdim olunsun, erməni cəmiyyətində hələ də faşist, revanşist, ideyalar hökm sürür. Bu səbəbdən cənab Prezidentin dediyi kimi, “dəmir yumruq hər zaman yerində olmalıdır”.