Deputat: “Azərbaycanın yaratdığı yeni regional əməkdalıq sülhün təminatıdır”

“Son günlər Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesləri ilə bağlı İrəvanın tərəfinin qaldırdığı hay-küy və buna dəstək verən ATƏT MQ-nin həmsədr ölkələri nədən üzərinə düşən missiyanı yerinə yetirərək, bölgədə sülhün yaranmasına, hələ də işğal altında olan Azərbaycanın işğal etdiyi əraziləri tərk etməməsinə susur. Baxmayaraq ki, 44 günlük müharibə nəticəsində 9 noyabr 2020-ci ildə Ermənistan məğlub olaraq sülh sazişi imzalasa da, imzalanan sənədin müddəalarını icra etməməklə, süni şəkildə gərginlik yaratmaqla bölgədə sülhü təhdid altında qoyur”.

 Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

 Onun sözlərinə görə, təəssüflər olsun ki, beynəlxalq hüququn, sülhün və sabitliyin təminatçısı rolunda çıxış edən bəzi ölkələr  bir çox hallarda özləri  gərginlik yaratmaqda maraqlı olur və bunun təşviqçisi kimi çıxış edirlər. “Ermənistan və onun havadarları bu gün  bölgədə sabitliyin  və regional əməkdaşlıq formatının yaranması əvəzinə gərginliyin artmasına xidmət edən  bəyanatlar verməkdədirlər.  Ermənistanın məsələni beynəlmiləlləşdirməsi bölgədə marağı olan böyük güclərin toqquşmasına gətirib çıxara bilər ki, bu da nəticə etibarı ilə nəzərdə tutulan regional əməkdaşlığa öz mənfi təsirlərini göstərər. İrəvanın proseslərə qeyri-adekvat reaksiyası və gərginliyə xidmət edən  hərəkətləri  ümumiyyətlə bölgənin sabitliyə təhdid yaradır. Ona görə də beynəlxalq aləm, xüsusən də bu gün Ermənistanın havadarları rolunda çıxış edən  Qərb və digər ölkələr gərginlik yaradacaq, regional əməkdaşlığa, inteqrasiyaya  kölgə salan  hərəkətlərdən əl çəksinlər. Çünki keçmiş işğalçı ölkəyə dəstək vermək regionda sülhə xidmət etmir. Əks təqdirdə gərginliyin dərinləşməsindən daha çox xilas  etmək istədikləri Ermənistan  əziyyət çəkəcək”.

Deputat onu da əlavə edib ki,  Ermənistanın bu gün üzləşdiyi böhranlı vəziyyətdən çıxmağın alternativsiz variantı gərginliyə xidmət etməyən addımlardan geri çəkilərək,  iki ölkə arasındakı sərhədlərin beynəlxalq hüquqda təsbit olunmuş formada həlli istiqamətdəki fəaliyyətində konstruktiv mövqe sərgiləyərək, regional əməkdalığın, inteqrasiyanın  sürətləndirilməsi istiqamətində  real addımlar atmalıdır: “Bunun üçün Ermənistan  nəhayət konstruktiv mövqe sərgiləyərək, vaxt itirmədən hələ də işğalda saxladığı Naxçıvanda Kərki kəndini,  Qazaxda işğal altında saxladığı  Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli  kəndlərini işğaldan azad etməlidir.  Azərbaycanın başqa ölkənin torpaqlarında gözü yoxdur, ancaq  beynəlxalq hüquqda təsbit olunmuş sərhədlərini də bərpa etməkdə israrlıdır və kimsənin buna şübhəsi olmasın”.