Deputat aztəminatlı ailələrə yardım etdi

Mütəmadi olaraq seçicilərlə sıx işləyən, onların problemlərini öyrənə və həllinə çalışan Milli Məclisin üzvü Vüqar İskəndərov növbəti dəfə xeyriyyəçilik edib.

Deputat bu dəfə 70-ə yaxın ailə sovqat və maddi yardım göndərib.

XALQ.AZ xəbər verir ki, deputatın təşkilatçılığı və Şəkinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Şəkidə xeyriyyə aksiyası təşkil olunub.

Ümumilikdə 38 aztəminatlı ailəyə, 25 şəhid və qazi ailəsinə maddi və ərzaq yardımı həyata keçirilib. Vətəndaşlara bildirilib ki, bu cür yardım aksiyaları mütəmadi olaraq həyata keçiriləcək. Deputat həmçinin xeyriyyəçilik işlərində dəstək olan şəkili iş adamlarına da təşəkkürünü bildirib.

XALQ.AZ