Deputat: “Bəyannamənin prioritetlərindən ən vacibi Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıqın genişləndirilməsi ilə bağlıdır”

“Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı oldu. Danışıq zamanı müzakirə olunan məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında münasibətlərinin normallaşdırılması ilə bağlı oldu. Bu, bir daha onu göstərir ki, Türkiyənin yeni hökumətinin dəsti xətti və Azərbaycanla olan qardaşlıq münasibəti dəyişilməzdir”.

Bu fikirləri  Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandığını bir daha diqqətə çatdırıb:

“Bu bəyannamənin prioritetlərindən ən vacibi də Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıqın genişləndirilməsi ilə bağlıdır. Ona görə də Azərbaycanda sülh və sabitliyin təmin olunması, o cümlədən suveren ərazilərinin bütövlüyünün təmini Türkiyənin də prioritetlərindəndir.

Hesab edirəm ki, Türkiyənin yanımızda olmaqda davam etməsi Ermənistanla münasibətlərin normallaşmasının sürətlənməsinə yeni impuls verəcək”.