Deputat Beynəlxalq bankın rəhbərliyinə səsləndi-Bankomatlar niyə işləmir?

Bayram günlərində Beynəlxalq bankın müştəriləri üçün ciddi maliyyə problemi yaşanır. Bankomatlar işləmir ya da pul yoxdur.
XALQ.AZ-a daxil olan məlumata görə,paytaxtın müxtəlif ərazilərində Beynəlxalq bankın bankomatlarında heç bir əməliyyat etmək mümkün deyil.

Milli Məclisin deputatı İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev Beynəlxalq bankın rəhbərliyinə səslənərək bildirib ki, bankomatlara nəzarəti gücləndirilsin və sayı artırılsın. Bu gün Nərimanov metrosu ərazisində Beynəlxalq bankın 3 bankomatından 2-cü işləmirdi . Bankomat qarşısında 100-lərlə insan növbəyə durmuşdu. Bu kimi hallar aradan qaldırılmalıdır. Bəzən Milli Məclisin plenar və komitə iclaslarında banklar haqqında müzakirələr zamanı onların fəaliyyətlərini daha da səmərəli etmək üçün müyyən güzəştlərə gedilməsi üçün lazımi işlər görülür. Lakin göründüyü kimi deyilmiş belə hallar dəfələrlə təkrarlanır. Bu kimi halların qarşısını almaq üçün bu həssas dönəmdə insanların sosial məsafə saxlamaları üçün lazımi tədbirlər görülməlidir. Beynəlxalq və diğər banklar bankomatlarda olan çatışmamzlıqları aradan qaldırmalıdır və bankomatların sayı artırılmalıdır. Mən müşahidə edirəm ki, diğər bankların bankomatların qarşısında da növbələr olur mən təklif edərdim ki, bankomatların sayı artırılsın. Mən bu gün öz növbəmi gözləyərək bankomatdan istifadə etdim, lakin orada olan insanlar xeyli narazılıq edirdilər belə hallardan. Deputat olduğumu bilib mənə suallar ünvanladılar və haqlı narazılıqların bilidridlər . Bunula bağlı Milli Məclisin ilk komitə iclasında mən öz fikrimi bildirəcəyəm deyə deputat qeyd edib.