Deputat Beynəlxalq konfransda çıxış etdi

Avrasiyada Ümumdünya mədəni irsinə sahib şəhərlərin onlayn şəkildə 10-cu Beynəlxalq Konfransı keçirilib. XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputat Vüqar İskəndərov Azərbaycandan yeganə təmsilçi olaraq iştirak edib və tarixi şəhərlərimiz, xüsusən də Şəki şəhəri haqqında cixış edib.

Tədbirə 23 ölkədən 55 şəhər təmsilçisi qatılıb. Millət vəkili Vüqar İskəndərov Şəkinin tarixi, mədəni irsi, adət-ənənələri barədə konfrans iştirakçılarına məlumat verib.

Bildirib ki, Şəki 2008-ci ildən Azərbaycanı Dünya Tarixi Şəhərlər Liqasında təmsil edir. Həmçinin 2016-ci ildə TÜRKSOY-un Mədəniyyət paytaxtı elan edilib. Bu qədim şəhər 2017-ci ildən UNESCO-nun Yaradıcı şəhərlər şəbəkəsinə daxil edilib. 2019-cu ildən isə prezident İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevanın böyük səyi nəticəsində “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” YUNESKO-nun qeyri maddi irs siyahısına daxil edilib. Deputat həmçinin Şəkinin digər tarixi abidələri barədə də konfransı iştirakçlarını məlumatlandırıb