Deputat BMT-nin tədbirində təkliflə çıxış etdi

Milli Məclisin deputatı Könül Nurullayeva BMT-nin tədbirində iştirak etdi.

XALQ.AZ xəbər verir ki, millət vəkili Parlamentlərarası Birlik və BMT-nin Qadın təşkilatlarının birgə keçirdiyi Qadınların Statusu haqqında komissiyasının 65 illiyinə həsr edilmiş parlament görüşündə iştirak edib.

Tədbirin gündəliyinə qadınlara qarşı zorakılığın aradan qaldırılması, qadınların siyasi və ictimai həyatda və qərarvermədə rolunun artırılması, pandemiya dövründə aparılan ardıcıl iş və bu istiqamətdə parlamentdə gender bərabərliyinin və qadın hüquqlarının qorunması kimi önəmli məsələlər daxil edilmişdir.

Deputat Könül Nurullayeva, tədbir zamanı parlament və siyasi qərarvermədə qadınların rolu mövzusunda fikirlərimi və Azərbaycan təcrübəsini auditoriya ilə bölüşüb, ?? çağırış Milli Məclisində qadınların rolunun güclənməsindən, aparıcı siyasi vəzifələrə yeni qadın təyinatlarından və pandemiya dövründə bu müstəvidə görülən prioritet istiqamətlərdən danışıb.