Deputat çağırış etdi

Millət vəkili Jalə Əhmədovanın təşəbbüsü ilə “Silahlı Qüvvələrə Dəstək: Bir Vətəndaş – Bir Manat” adlı Ordumuza dəstək aksiyası başlamışdır.

Hər bir həmvətənimizi, Silahlı Qüvvələrə Yardım Fondunu dəstəkləməyə çağıran xanım deputat, qeyd edib ki: “Vətən müharibəmizdə qələbə qazanmaq üçün hər kəs öz cəbhəsində savaşmalı və nümunəvi birlik nümayiş etdirməlidir. XALQ.AZ-a xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əhmədova çağırış edərək qeyd edib ki,vətən uğrunda mübarizə aparan igidlərimizə dəstək olmaq bizim vicdan, şərəf, müsəlmançılıq və vətəndaşlıq borcumuzdur. Hər kəsi “Silahlı Qüvvələrə Dəstək: Bir Vətəndaş – Bir Manat” adlı Orduya dəstək askiyasına qoşulmağa dəvət edirəm. Aksiyaya qoşulmuş hər bir vətəndaşımız ödəmə çeklərinin şəklini çəkərək sosial şəbəkələr vasitəsi ilə öz ətrafı ilə bölüşərsə bu daha çox insana yayıla bilər.”

Qeyd edək ki, bu xanım deputatın mövzu ilə bağlı ilk çağırışı deyil. O, bir neçə gün öncə öz sosial şəbəkə hesabından ailə başçıları və ya üzvləri Vətən uğrunda cəbhəyə yollanmış ailələrə cəmiyyət tərəfindən xüsusi diqqətin ayrılmasını xahiş etmişdir.

Silahlı Qüvvələrə Yardım Fondunun Bank Rekvizitləri: 

Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı

Bankın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A

Bankın telefonları: (012) 562 99 41, (012) 562 93 37

Kod: 805584

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T Cod: IBAZAZ 2X

Benefisiarın adı: S.Q.Y.F MN

VÖEN: 1300162621

Hesablaşma hesabları:  

AZN – AZ98IBAZ38040019449930010202

ABŞ DOLLARI – AZ88IBAZ38140018409930010202

AVRO – AZ68IBAZ38140019789930010202

RUSİYA RUBLU – AZ08IBAZ38140018109930010202