Deputat çağırış etdi – “Azərsu” Bakı əhalisini bir qismini susuz qoyub

Xəzər rayonu Mərdəkan və Binədə içməli su problemi yaranıb.

XALQ.AZ-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, artıq bu hal ənənəyə çevrilib, belə ki,yay aylarında ciddi içməli su problemi yaşanır. Son iclaslarda su problemi müzakirə olund, deputat həmkarlarım bölgələrdə olan su problemi ilə bağlı çıxışlar etdilər,kənd təsərrüfatı üçün ciddi problemlər yaranıb,fermerlər,təsərrüfatla məşgul olan insanlar problemlə üzləşiblər. Su olmadığına görə məhsullarına ciddi ziyan dəyib. Amma qeyd edim ki, tək bölglərdə deyil paytaxtdada su problemi yaranıb. Mərdəkandan və Binədən mənə müraciət edirlər, dünən mətbuatdan izlədim Tağıyev qəsəbəsində, Binəqədi rayonunda Şüvəlanda su problemi yaşanır. “Azərsu” ASC -nə dövlət tərəfindən ölkə başçısının tapşırığı ilə milyonlarla vəsait ayrılır,lakin vəsait ayrılsada eyni qaydada insanlar içməli suyun verilməsindən əziyyət çəkirlər. Bu vəsaitlər hara xərclənir,niyə müsbət dəyişiklik yoxdur,vətəndaşlar eyni qaydada şikayət edirlər. Azərsu qaynar xəttinə heç cürə düşmək olmur davamlı məşgul göstərir və yaxud operator cavab vermir. Bu hadisənin şahidi olmuşam vətəndaşlar mənim yanımda “Qaynar xətt”i zəng etdilər amma nə faydası cavab verən olmadı. Mən bir neçə həmkarım ilə danışmışam onlarda su problemini Milli Məclisin iclasında qaldıracaqlarını bildirblər. “Azərsu” ASC-i niyə bu problemi həll etmir,ayrılan vəsaitlər hara xərclənib? Bu yay aylarında hansı tədbirlər görülüb içməli su probleminin aradan qaldırılması üçün, nə işlər görüləcək? “Azərsu” ASC rəhbərliyi açıqlama versin bu haqda hansı işlər görülməlidir ki, insanlar əziyyət çəkməsin. Artıq “Azərenerji”, “Azərişıq”,”Azərqaz” vətəndaşlara ciddi problemlər yaratmırlar. Lazımi tədbirlər görülür həm elektrik enerjisinin və qazın verilməsinəd heç bir problem yoxdur,amma “Azərsu” ASC köhnə qaydalarla öz işlərini davam etdirir,vətəndaşların içməli su problemləri həll olunmayıb. Hesablama palatasına müraciət ediləcək bu ayrılan vəsaitlər necə xərclənib ki,necə illər davam edən su problemi həll olunmayıb. Əgər ölkə başçısı hər zaman öz çıxışlarında bildirir ki, vətəndaşların bütün problemləri həll olunsun. Paytaxtda və bölgələrdə insanların işıq,qaz,su problemləri həll olunsun, və alzımi tədbirlə görülsün. Azərişıq və Azərqaz inqlabi dönüş yaradıb artıq bu qurumlardan vətəndaşlar öz razılğını bildirirlər amma “Azərsu” ASC vətəndaşların içməli su problemini bu gunədək həll etməyib. Qeyd edib ki, bu ərazilərdə içməli su olmadığı üçün insnlar mənşəyi məlum olmayan su maşınları iləevlərinə 30-40 manat qiymətinə su alırlar və bu da müxtəlif xəstəliklər yayılmasına çərait yaradır. Deputat qeyd edib ki, “Azərsu” ASC-i rəhbərliyi bu məsələni nəzarətə götürməlidir.