Deputat çağırış etdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel 2020-ci il tarixli 124 saylı qərarı ilə karantin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Koronavirusla mübarizə siyasətimiz nəticəsində Ölkəmizdə bu təhlükə olduqca azaldıldı. XALQ.AZ-a açıqlama verən Milli Məclisin deputatı bilidrib ki, xalqımız bu müddətdə Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına dəstək oldu, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına, qərarlarına riayət etdi, birlik nümayiş etdirdi.

Biz karantindən sonrakı həyata hazır olmalı və ruh yüksəkliyimizi qorumalıyıq. Bu səbəblə karantin müddətidə ərzində “#hərşeyyaxşıolacaq #yenidən” həştəqləri ilə hər gün hesabımın hekayə hissəsində və twitter hesabımda paylaşımlar olacaq.

Bütün həmkarları, dövlət və özəl qurumları, təşkilatları, ictimai birlikləri, onların nümayəndələrini, müəllimləri, valideynləri, gəncləri, tələbələri biz sözlə, hər kəsi #hərşeyyaxşıolacaq #yenidən deməyə çağırıram!