Deputat: “Dövlətimiz ordu quruculuğuna xüsusi diqqət yetirib”

“Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin dövründən başlamış və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə də özünün ən yüksək səviyyəsinə çatdırılıb”.

Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycan ordusunun potensialı və resursları göz önündədir:

“Ordumuzun müasir silah-sursatlarla, hərbi texnikalarla təchizatı, silahlı qüvvələrimizin döyüş qabiliyyəti və psixoloji hazırlığı yüksək səviyyədədir. Əlbəttə, bunların hər biri 44 günlük Vətən müharibəsi dövründə Azərbyacan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlarda özünü açıq şəkildə göstərmişdir.

Ali Baş Komandan cənab İlham Əliyev 2003-cü il prezident seçildiyi gündən bugünə kimi, ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı olaraq ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Eyni zamanda Türkiyə ilə strateji əməkdaşlıq çərçivəsində silahlı qüvvələrimizin yeni silahlarla təmin edilməsi, müdafiə sənayesi sisteminin formalaşması, silahların bir çoxunun bizim tərəfimizdən istehsal edilməsi, şüphəsiz Xüsusi Təyinatlı Qüvvələrdən tutmuş, digər zabit və əsgərlərimizin dövlətə, millətə bağlı professional hazırlığının ən yüksək həddə çatdrılması dünya mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.

44 günlük Vətən mühribəsində, Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar və yüksək döyüş qabiliyyəti bir çoxlarına örnək oldu. Təbii ki, zabitlərimizin və əsgərlərimizin qəhrəmanlığını, həyat salnamələrini Azərbaycan tarixindən gələcək nəsillərimizə ötürmək əsas istiqamətimizdir.

Eləcə də Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması, vətənimiz üçün canlarını fəda etmiş, yaralanmış oğullarımızın adlarının əbədiləşdirilməsi dövlətimiz tərəfindən atılan mühüm işlərdən biridir”.