Deputat Emin Hacıyev erməni deputatını susdurdu-Video

Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasında Milli Məclisin deputatı Emin Hacıyev çıxış edərək erməni deputatını faktlarla susdurdu.

Deputat bildirib ki, Ermənistanın 30 il ərzində işğalda saxladığı torpaqlarımızda hərbi və insanlığa qarşı cinayətləri, ekoloji terror, tarixi saxtalaşdırma cəhdləri və digər qanunsuz əməllərinə toxunan çıxışımdan sonra erməni deputatı söz alaraq aidiyyatı olmayan fikirlər səsləndirmiş, lakin yerindəcə öz cavabını almışdır. MDB-yə üzv ölkələrin deputatları və ictimai fəalları bizim ədalətli mövqeyimizi bir daha dinləmişlər.İstənilən beynəlxalq tədbir və platformalarda Azərbaycanın mövqeyini və həqiqətləri səsləndirmək önəmlidir. Bu məsələnin vacibliyini və ən uğurlu formatını möhtərəm cənab Prezident öz xarici siyasətində, eyni zamanda 44 günlük Vətən müharibəsində informasiya blokadasını qıraraq nümunə göstərmişdi. Sosial şəbəkələrin və digər elektron resursların bu qədər əlçatan olması informasiya müharibəsini ön plana çıxarmışdır.

XALQ.AZ həmin videonu təqdim edir: