Deputat erməni vəhşiliyindən yazdı

Milli Məclisin deputatı Kamran Bayramov Ağdam səfərindən yazdı.

Millət vəkili sosial hesabında qeyd edib ki, bir neçə gün öncə qonaqlarla erməni işğalından azad olunmuş Ağdam şəhərində oldum. Gördüklərimdən sonra hələ də özümə gələ bilmirəm… Bu barədə yazmağı indi bacardım… Dağıdılmış evlər, məhv edilmiş tarixi və mədəni abidələr, təhqir olunmuş məbədlər və qəbirlər, qırılmış çoxillik əkmələr… Erməni vəhşiliyindən ancaq bir nəticə çıxartmaq olar – əgər bu millət qonşu xalqın mədəniyyətinə, tarixinə, dininə bu cür münasibət göstərirsə, deməli onun üçün müqəddəs heç nə yoxdur. Yeganə təsəllini onda tapıram ki, Ağdamımız bərpa ediləcək, dirçələcək, inkişaf edəcək, ölkəmizin ən gözəl və səfalı güşələrindən birinə çevriləcək… özü də mənfur düşmənin gözü qarşısında!