Deputat: “Ermənistan beynəlxalq cinayət törətməkdə davam edir”

Ermənistanın faşist mahiyyəti hər gün özünü göstərməkdədir. Atəşkəs dövründə Ermənistanın təxribatları, müharibədən sonraki dövrdə işğaldan azad olunan ərazilərimizin minalanması və mina xəritələrinin ölkəmizə verilməməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bu sözləri açıqlamasında millət vəkili Vüqar İsgəndərov deyib.

O bildirib ki, jurnalistlərin ölümü beynəlxalq cinayətdir:

“Ermənistan bu cinayəti illərdir göstərir. Bu gün iki jurnalist və bir dövlət nümayəndəsinin Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olması bir daha Ermənistanın terrorçu mahiyyətini qabarıq şəkildə göstərir. Bu hadisə Ermənistanın beynəlxalq hüququ ayaqlar altına atmasını və saymazyana münasibətinin də göstəricisidir. Çox təəssüf ki, beynlxalq ictimaiyyət bütün bu faklara baxmayaraq, səssiz qalır, ikili standartlar nümayiş etdirirlər. Bu da Azərbaycan dövlətini çox narahat edir və bununla bağlı artıq dövlət beynəlxalq məhkəmələrə müraciət edib”.

Millət vəkili Azərbaycanın Ermənistanın təxribatlarına ən ağır şəkildə cavab veriləcəyini bildirib:

“Ölkə rəhbəri İlham Əliyev bağlı beynəlxalq tiribunalarda Ermənistanın cinayətləri ilə bağlı bəyanatlar verir, dünya ictimaiyyətini bu məsələlərə diqqətli olmağı çağırır. Amma hələ də biz onların ədalətli mövqeyini görə bilmirik. Bunu ölkə baçısı da dəfələrlə vurğulayıb. Lakin dünya ictimaiyyəti səssiz qalsa da, Azərbaycanın dəmir yumruğu qüvvədədir və o, Ermənistanın təxribatlarına ən ağır şəkildə cavab verəcəkdir”.