Deputat Etibar Əliyev seçicilərin problemlərini həll etdi

Milli Məclisin deputatı Etibar Əliyev Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə növbəti dəfə görüş keçirib.

Qəbulda şəhid ailələlərinin üzvləri, qazilər, MTK sədrləri və digər vətəndaşlar iştirak edirdi.

Seçicilə Milli Məclisdə qanunvericilik sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə sakinləri dinləyib onları narahat edən problemlərin qeydiyyatını aparılıb. Görüş zamanı vətəndaşları narahat edən bəzi problemlər yerindəcə həllini tapdı. Həlli zaman tələb edən məsələlərlə bağlı isə  aidiyyatı dövlət qurumlarına deputat sorğusu göndəriləcək.