Deputat fəaliyyəti haqqında hesabat verdi-Fotolar

Milli Məclisin deputatı Kamal Cəfərov ötən ildə fəaliyyəti haqqında seçicilərinə hesabat verib.

Millət vəkilinin XALQ.AZ-a verdiyi məlumatda bildirib ki, 2020-ci il ərzində fəaliyyətim barədə hesabatımı sizlərə təqdim edirəm. Karantin qaydaları mütəmadi görüşlərə imkan verməsə də, sizləri narahat edən məsələlərdən tam xəbərdaram. Bir il müddətində bəzi məsələləri həll etsək də, bir çox problemlər qalmaqdadır. Misal üçün işsizliklə bağlı müraciətlərinizi aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndəririk. Onlar da “DOST MMC” və ya digər vakant iş yerlərini nəzərə alaraq, işlə təmin edirlər. Bəzən vakansiya iş axtarana uyğun olmur, bəzən də vakansiya olmur. Ancaq işlə təmin olanlar da olur. Bəzi müraciətlər mənzil şəraitinin yaxşılaşdırılması və sosial təminatla bağlı olur. Milli Məclisin deputatı kimi bu müraciətləri aidiyyəti qurumlara göndərirəm. Nəticəsini maraqlanıram. Daha sonra həll edilməyən problemləri ümumiləşdirib bu barədə həm Milli Məclisə həm də şikayət olunan qurumlardan yuxarı strukturlara məlumat verirəm. Təşviqat zamanı hər birinizə söz verdim ki, fəal deputat olacağam, fəaliyyətim şəffaf olacaq. Çalışıram ki, etimadınıza layiq olum, səlahiyyətlərim çərçivəsində problemlərin həllinə nail olum.

XALQ.AZ millət vəkilinin hesabatını təqdim edir:

XALQ.AZ