Deputat gəncləri belə təbrik etdi-Foto

Azərbaycan ordusunun hərəkətverici qüvvəsi təbii ki, gənclərimizdir və bu mənada Vətən müharibəsindəki zəfərimizdə gəncliyin payı müstəsnadır.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirb.

Deputat şəxsi facebook səhifəsində paylaşım edərək qeyd edib ki, 2 fevral Gənclər günündə təbii ki, müharibə qəhrəmanlarımızı da yaddan çıxarmaq olmazdı və bu məqsədlə Biləsuvarın igidləri, Vətən müharibəsində iştirak edən bir ailənin iki övladı- Xəzər və Xızır Şahhuseynov qardaşları ilə onlayn qaydada görüşdüm, onları dinlədim. Qardaşlardan kiçiyi, Vətən müharibəsində göstərdiyi rəşadətə görə “Cəsur döyüşçü” , “Xocavəndin azad olunmasına görə” medallarıilə təltif olunmuş Xəzər həm də qazidir və hələ də bədənində 30-dan artıq qəlpə gəzdirir. Ona Allahdan şəfa, hər ikisinə bol uğurlar diləyərək, hər iki igidimizlə, eləcə də onların ailələri ilə qürur duyduğumu bildirdim.