Deputat gənclərlə bağlı çağırış etdi

“Bu gün narkotikdən istifadə edənlərin çox hissəsi bir çox xəstəliklərin daşıyıcılarıdır”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə deputat Soltan Məmmədov deyib.

O bildirib ki, bu gün QİÇS və hepatit xəstələrinin 60-70 % narkotik istifadəçiləri və daşıyıcılarıdır: “Onların ailə üzvləri də bu xəstəlikdən artıq əziyyət çəkirlər. Bu gün narkomanlar arasında əvəzedici preparatlar istifadə edilir. ÜST metadon preparatının istifadəsinin genişləndirilməsini tövsiyə edir. Azərbaycanda isə sadəcə 3 mərkəzdə bu preparatdan istifadə edilir. Bu gün bu xəstəliyin qarşısının alınması üçün işlərə baxılmalıdır. Metadon preparatının təsirləri barədə ictimaiyyətdə məlumatlar azdır”.

Deputat eyni zamanda gənclərin asudə vaxtlarını keçirmək üçün alternativlər barədə məlumatların da az olduğuna diqqət çəkib.