Deputat gənclərlə bağlı vacib təklif verdi

“Prezident İlham Əliyevin gənclərlə bağlı apardığı siyasət hər kəs tərəfindən dəstəklənir. Bu, çox uğurlu gənclər siyasətidir. Amma bəzi qurumlarda gənclərin işə götürülməsi ilə bağlı bir sıra çətinliklər mövcuddur”.

XALQ.AZ xəbər verir ki, bunu deputat Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında deyib.

Deputat təklif edib ki, 20-30 yaş arası gənclərin işə götürülməsi üçün iş təcrübəsi tələb olunmasın:

“Bu, gənclərin işlə təmin olunmasına böyük töhfə verəcək. Digər tərəfdən bir çox gənclər bu gün könüllü kimi fəaliyyət göstərir. Hesab edirəm ki, onlarla bağlı da stimullaşdırıcı addımlar atmaq lazımdır. Məsələn, könüllü fəaliyyət göstərən gənc gələcəkdə həmin qurumda işlə təmin olunsunlar. Düşünürəm ki, bunları indi tövsiyə kimi səsləndirsək də, gələcəkdə qanun halına salmaq mümkündür”.