Deputat gərargahında görüş keçirildi

Milli Məclisin deputatı Rüfət Quliyevin təşəbbüsü Lənkəran İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayevin tapşırığı ilə işsizlik və pensiya problemləri aradan qaldırılması ilə bağlı seçicilərlə görüş keçirildi

XALQ.AZ xəbər verir ki, Lənkəran şəhərində işsizlik və pensiya problemləri aradan qaldırılması və lazımi tədbirlərin görülməsi üçün vətəndaşlarla görüş keçirilib.

Milli Məclisin deputatı Rüfət Quliyevin deputat gərargahında keçirilən görüşdə.Dovlət Sosial Mudafiə Fondunun Lənkəran rayon şöbəsinin baş müətəxəssisi Nail Məcidov, 15 saylı Ərazi Məşqulluq mərkəzinin baş mütəxəssisi Rəşadət Cələlovun və deputat köməkçisi Bəxtiyar Həsənovun iştirakə ilə keçirilən görüşdə vətəndaşları narahat edən mövzular araşdırılıb və lazımi tədbirlərin görülməsi üçün müvafiq işlər görüləcəkdir.

Vətəndaşları narahat edən işsizlik və pensiya təyinatı ilə bağlı lazımi qurumlara müraciətlər olunacaq. Görüşdə iştirak edən vətəndaşların müracitləri diqqət edilərək həll olunması üçün qurimlafın əlaqələndirməsi və birlikdə bu çatışmazlıqları aradan qaldırılacaq.