Deputat: “Görülən işlərə kölgə salmaq istəyənləri cəmiyyət qəbul etmir”

Milli Məclisin deputatı Cəbi Quliyev Yeni TV-nin qonağı olub. Saxta qaziləri, bu yöndə həyata keçirilən işlər və mövcud hüquqi normativ aktlarda qazilərin hüquqlarının qorunması, onların sosial problemlərinin həllinə həsr olunmuş verilişdə çıxış edən Cəbi Quliyev Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda qəbul olunduğunu və qanun layihəsi ilə bağlı bir sıra ciddi təkliflərin səsləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki. sözügedən qanun layihəsində nəzərdə tutulacaq dəyişiklərin əsas məqsədi əlilliyin təyinatı prosesində ünvanlılığın, şəffaflığın və sosial ədalətin təmin edilməsi, bu sahədə beynəlxalq təcrübənin və standartların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

Deputat onu da bildirib ki, qanunda indiyədək işlənən “əlillik dərəcəsi” ifadəsi “orqanizmin funksiyasının pozulması faizi” ifadəsi ilə əvəz olunur. Bu dəyişiklik qəbul olunandan sonra şəxsin əlillik vəziyyəti qiymətləndirilərkən ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30 faizdən yuxarı pozulması meyarı əsas götürüləcək: “Belə təcrübə artıq dünyanın bir sıra ölkələrində uğurla sınaqdan çıxıb ki, bütün bunlar saxta əlilliyin qarşısının alınmasında mühüm rol oynayacaq”.

Cəbi Quliyev hazırkı şəraitdə bır sıra siyasi təşkilatın məqsədli şəkildə əlillərin adından istifadə edərək gündəmə gəlmək istədiyini deyib: “Birinci Qarabağ müharibəsi dövründə siyasi rəhbərlikdə həm müharibə iştirakçıları, həm şəhidlərlə bağlı düzgün siyahıların hazırlanmaması, bu yöndə olan boşluqlar saxta müharibə iştirakçılarının meydana gəlməsinə səbəb oldu. Aradan keçən müddət ərzində bu istiqamətdə bir sıra addımlar atıldı və son olaraq Vətən Müharibəsi və əldə olunan Şanlı Qələbədən sonra artıq saxta əlillərlə mübarizə yeni formada həyata keçirilir və düşünürəm bu metod olduqca uğurludur. Baxın bu gün şəhid ailələri, qazilərin sosial problemlərinin həlli hökumətin prioritet sahələrindəndir. Bu istiqamətdə davamlı işlər həyata keçirilir və proses davam edir. Artıq dünyada Azərbaycan təcrübəsi yaranmağa başlayıb. “Yaşat” Fondunun təsis edilməsi, şəhid ailələrinin mənzil, sosial problemlərinin dərhal həll olunması, yerli cira hakimiyyəti orqanlarında bu yöndə şöbələrin yaradılması cəmiyyərtimiz tərəfindən müsbət dəyərləndirilir”.

Sosial şəbəkələrdə, elektron KİV-lərdə saxta əlillərin gündəmə gəlməsinə toxunan Cəbi Quliyev bu yöndə məlumatların tam dəqiqləşdirildikdən sonra cəmiyyətə çatdırılmasının məqbul olduğunu bildirib: “Görülən işlərə kölgə salmaq istəyənləri cəmiyyət qəbul etmir. Müharibədə şəhid və qazi olan insanların mənzil şəraitinin yaxşısılaşdırılması yönündə iş aparılır. Eyni zamanda qazilərimizin protezlərlərlə təmin olunması, onlara psixoloji yardımların göstərilməsi, bir çox qazimizin xaricdə müalicəsinin təmin olunması hökumətin bu sahəyə necə həssas yanaşdığını deməyə əsas verir. Bütün bunların fonunda görülən işlərə kölgə salmaq təxribatdan başqa bir şey deyil. Və inanın ki, cəmiyyətimiz də bu cür təxribata uymur və o təxribatçıların cavablarını layiqincə verirlər”.

Verlişin geniş özüti ilə aşağıdakı link varistəsi ilə tanış ola bilərsiniz.

XALQ.AZ