Deputat görüş keçirdi-Fotolar

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayon Heydər Əliyev Mərkəzində Qobustan rayon sakinləri üçün fərdi vətəndaş qəbulu keçirib.

XALQ.AZ xəbər verir ki, Bədəlli, Nabur və Sündü kəndləri, həmçinin Qobustan şəhərindən olan 20-dən artıq sakinlə keçirilən fərdi vətəndaş qəbulunda kommunal xidmətlər, infrastruktur, məşğulluq, hüquq, torpaq, əmlak, sosial təminat və sağlamlıq məsələləri ətrafında müraciətlər səsləndirilmişdir.

Qeyd edək ki, deputat Şahin Seyidzadə tərəfindən 2021-ci ilin yanvar ayında Qobustan rayonunun Cəyirli və Təklə kəndlərində, həmçinin Abşeron rayonunda səyyar formada fərdi vətəndaş qəbulları həyata keçirilmişdir

XALQ.AZ