Deputat icra başçısı ilə birgə açılışda

Milli Məclisin deputatı Şahin Seyidzadə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə birgə Abşeron rayonu Güzdək qəsəbə şəhidi Turabov Rüstəm Fərman oğlunun xatirə bulağının açılışında iştirak edib.

XALQ.AZ xəbər verir ki, millət vəkili Rüstəm Turabovun şücaətindən bəhs edib və gələcək nəsillərə örnək olduğunu deyib.

Rüstəm Turabov 2016-cı ildə hərbi xidmətə yollanaraq, Şəmkir rayonu Hərbi Hava Qüvvələrində xidməti başa vurub. 2020-ci ilin sentyabr ayının 29-da könüllü olaraq Qarabağın azad edilməsi uğrunda cəbhə xətti boyu gedən döyüşlərə qatılan şəhid Rüstəm Turabov Füzuli, Hadrud, Xocavənd istiqamətində döyüşlərdə şücaət göstərib. 2020-ci ilin oktyabr ayında Ərgünəşli yüksəkliyinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid Rüstəm Fərman oğlu Turabovun “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.