Deputat: “İranın davranışları davam etdirməsi, ölkə ictimaiyyətini ciddi narahat edir, ikitərəfli münasibətlərə xələl gətirir”

“Azərbaycan 44 günlük  Qurtuluş savaşında düşmən üzərində möhtəşəm Zəfər qələbəsi çalaraq, öz ərazi bütövlüyünü təmin edib və artıq  öz sərhədləri çərçivəsində beynəlxalq hüquqa uyğun olaraq sərhədlərinin möhkəmləndirilməsi istiqamətində addımlar atır. Lakin Azərbaycanın Ermənistan üzərində qələbə çalması dünyanın bəzi güclərini və ölkələri tərəfindən qısqanclıqla qarşılanır. O baxımdan da Azərbaycanın əldə etdiyi qələbəyə ən müxtəlif formada kölgə salmaq və ya ölkələrarası münasibətlərə xələlgətirmə cəhdlərini müşahidə etməkdəyik. Bəzən bu hərəkətlərin öznü dost kimi qələmə verən ölkələr tərəfindən  edildikdə insanda  təəssüf hissi oyadır”.

Bunu açıqlamasında deputat Aydın Hüseynov son günlərdə Gorus-Qafan yolunda  İran yük avtomobilləri ilə bağlı yaranmış duruma və İran tərəfinin sərgilədiyi münasibətlərə mövqeyini açıqlayarkən deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman İranı özünə yaxın dost və qonşu, həmçinin qədim ortaq tarixi, mədəni və dini əlaqələrə malik olan ölkə hesab etdiyindən siyasətini mehriban, səmimi qonşuluq münasibəti üzərində qurub. “Azərbaycan  bütün dünya ölkələrlə, o cümlədən qonşu ölkələrlə mehriban, səmimi münasibətlər qurmaqda maraqlıdır və bunu real şəkildə həyata keçirən ölkədir. Bu fikri istər Ulu öndər Heydər Əliyevin, istərsə də  cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritetini təşkil edib və etməkdədir. Cənab Prezident İlham Əliyev  qonşularla, o cümlədən İranla bağlı mövqeyini rəsmi şəkildə bəyan edərək deyib ki, İran bizə yaxın və dost ölkədir. Cənab Prezident  həllə illər öncə  dünya birliyinin İrana qarşı təzyiqləri zamanı bəyan etdi ki, Azərbaycan İranla dost ölkədir və bu ölkəyə qarşı hər hansı cəbhədə yer almayacaq. Cənab Prezident 17 illik fəaliyyəti dövründə İranla münasibətlərdə istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıq formatlarında siyasi, iqtisadi, enerji, yükdaşıma, logistika, ticari, turizm və digər  əlaqələrin daha da dərinləşməsinə  böyük önəm verib. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın dəmiryolları İran dəmiryolları ilə birləşib. “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi reallaşıb. Logistika sahəsində yaradılan əməkdşalıq İrana Azərbaycan üzərində keçməklə bütün istiqamətlərdə daha rahat formada yüklərini çatdırmasına geniş imkanlar yaradır. Amma və lakin… Bəzi hallarda isə Azərbaycan sərgilədiyi bu dostluq münasibətlərinə adekvat olmayan addımlarla rastlaşır”, – deputat qeyd edib.

Deputat əlavə edib ki, bu daha çox özünü Ermənistanla məsələdə özünü büruzə verir: “Hamıya bəllidir ki, İran ən çətin zamanlarda belə Ermənistana dəstək verib və bu dəstək bu gün də davam etməkdədir. Təbii ki, müstəqil bir dövlət olaraq bu İranın hüququdur və kimsə buna irad tuta bilməz. Amma işğalçılığı, terrorizmi, soyqırımı özünün dövlət siyasəti elan edib qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış edib işğalçılıq siyasəti yürüdürsə, bu zaman məsələ tamamilə fərqli olur. İşğalçılığı, terrorizmi, soyqırımı özünün dövlət siyasəti elan edən bir ölkə qlobal və regional təhlükəsizliyə təhdid olduğundan belə bir ölkəyə qarşı münasibələr kəskin olmalı, onun bu siyasəti qınanalıraq, qlobal təhlükəsziliyə təhdid olan addımlarından geri çəkilməsi tələb olunaraq əməli addımlar atılmalıdır. 

Mən burada Ermənistanın beynəlxalq hüquqa hayqırı nümayiş etdirərək başqa ölkələrin işğalını qoyuram bir kənara… Bir deyim var, deyərlər, uman yerdən küsərlər…

Axı İran həm də özünü dünyada İslamın keşiyində duran ölkə kimi təqdim edir. Ermənistan da   müsəlman bir ölkəyə qarşı işğalçılıq siyasəti həyata keçirib, torpaqlaırnı işğal edib, oradakı mədəni-dini, tarixi abidələri, məscidləri viran edir. Məscidlərdə isə Allahın da heç xoşlamadığı donuzu saxlayır… Bəs hanı İslam həmrəyliyi… İran isə bir müsəlman ölkəsi olaraq susur. Susmayıb, həm də beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindəki separatçılara  işğalçılıq siyasətinin möhkəmlənməsinə dəstək veriblər. İran yük maşınları bu gün də torpaqlar azad edildikdən sonra beynəlxalq hüququ kobud şəkildə Azərbaycan sərhədlərini  pozaraq Qarabağ bölgəsindəki ermənilərə yük daşıyır.  Azərbaycan tərəfi isə bununla bağlı rəsmi səviyyədə münasibət bildirib, etiraz etsə də, nəticəsi olmayıb və bu proses davam etməkdədir. Cənab Prezident məcbur olub bunu öz müsahibələrində də dilə gətirməli olub. İnsanlığa zidd siyasət yürüdən, müsəlmanların mənəvi dəyərlərinə zidd olaraq Allahın evi olan məscidlərdə donuz saxlayan bir ölkə ilə isti münasibətlər qurasan?! 

Axı belə dostluq və qonşuluq münasibəti olmur. Azərbaycan bu gün İranın Ermənistana yük daşımasına etiraz etmir. Azərbaycan beynəlxalq aləmin bir parçası olaraq beynəlxalq hüquq normalarının pozulmasına etiraz edir və pozulan beynəlxalq hüququ bərpa etmək istiqamətində addımlar atır. Elə son günlərdə Qafqan-Gorus yolunun Qubadlı rayonu ərazisindən keçən 21 km-lik ərazisində post qurması da beynəlxalq hüququn və Azərbaycanın suveren hüququdur. Azərbaycan burada hüququ pozmur, əksinə, necə ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların Qarabağla bağlı 30 ilə yaxın qəbul etdiyi qərarları icra etdisə, Qubadlıda da  beynəlxalq hüququn  tələblərini yerinə yetirir. Buna görə kimsə Azərbaycana irad tuta bilməz. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan bu ərazilərin Azərbaycana məxsus olduğunu etiraf edərək, məsələlərin  beynəlxalq hüquq çərçivədində baş verdiyi etiraf etməli olub.

Digər tərəfdən İranda  çoxsaylı azərbaycanlılar yaşayır və onlar da yaranmış durumdan əndişə keçirirlər. Biz bilirik ki, İran ərazisində yaşayan milyonlarla azərbaycanlılar və digər xalqların nümayəndələri Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsində dəstəklədi və dəstəkləməkdə davam edir. Ona görə də İran tərəfi ikitərəfli münasibətlərdə bunu da nəzərə almalıdır. Öz yürütdüyü yanlış siyasətlə öz vətənaşını narazı salmamalıdır. Bu çox həssas məslədir. 

Odur ki, bu, olduqca təəssüf doğurucu məqamdır. Azərbaycanın  rəsmi mövqeyinə baxmayaraq, İranın bu siyasəti və davranışları davam etdirməsi, ölkə ictimaiyyətini ciddi  narahat edir, ikitərəfli münasibətlərə xələl gətirir. Ümid edirik ki, Tehran bu siyasətinə baxıb düzəliş edəcək”.