Deputat: “İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri Qarabağı cənnətə çevirəcək”

“Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın mütəmadi olarq işğal olunmuş torpaqlarımıza səfərlər etməsi bir daha dövlət başçımızın həmin bölgələrə qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər edir. Səfər zamanı bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyulur, dövlət bayrağımız ucaldılır: «Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük müharibənin zəfərlə bitən və işğaldan azad edilən bölgələrə dərhal tarixi səfərləri hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini etməklə səfər tarixini yazır. Ən əsası isə bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və bu səfərlərlə dövlət başçımız bildirir ki, Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik”.

Millət vəkili onu da vurğulayıb ki, Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri də əlamətdar oldu: “Belə ki, dövlətimizin başçısının bura xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə səfər etməsinin böyük əhəmiyyəti var. Səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq. Tezliklə Qarabağ da, Şuşa da dirçəldiləcək”.

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaqla ağrı-acıya, 30 illik nisginliyimizə, Qarabağ həsrətimizə son qoydular. Dövlət başçımızın dediyi kimi: “Bu, tarixi hadisədir. 23 il bundan öncə Ulu Öndərimiz Heydər Əliyevin arzusunu reallaşdırdı və bu gün bu siyasətin layiqli davamçısı Azərbaycan prezidenti İlham Əliyev ata vəsiyətini yerinə yetirərək xalqa müraciətində dedi: «Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm, Şuşa, sən azadsan! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!». Və bu gün dövlət başçımızın uğurlu siyasətinəticəsində Qarabağımızda böyük abadılıq-quruculuq işləri aparılır. Tezliklə Qarabağımızın cənnətə çevriləcəyinə xalqımızın birliyi ilə nail olacağıq”.

“Bir sözlə, dövlət başçımızın dediyi kimi: “Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”,-deyən millət vəkili Məşhur Məmmədov bildirib ki, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.