Deputat kəndlilərin probləmlərindən danışdı

Deputat 17 kəndin torpağının yenidən özlərinə qaytarılmasını dövlət qurumlarından xahiş edib.

Milli Məclisin deputat İqbal Məmmədov Lerik rayonunun 17 meşə ətrafında yerləşən kənd sakinlərinin məhrum olduqları torpaqlara yenidən sahiblənməsini dövlət qurumlardan xahiş edib.

“Lerikdə həyata keçirilən torpaq islahatları nəticəsində kadastr xəritələrinin düzgün tərtib edilməməsi nəticəsində 17 kəndin insanları pay torpağından məhrum olub. Torpaq islahatı nəticəsində bir kəndin əhalisinin pay toroağl kadast xəritəsinə əsasən başqa kəndin yaxlnlığındakı pay torpaqlarına düşüb.  Həmin kəndlərin torpaqları isə Dövlət Meşə Fondunun və ya başqasına məxsus olduğu göstərilir. Buna səbəb isə 1995-ci ildə Nazirlər kabinetinin qərarı iləkeçmiş kolxoz və sovxozların istifadəsində olan 2389 hektar meşəətrafı torpaqlarln Kənd təsərrüfatı nazirliyinin balanslndan alınaraq “Azərmeşə” İstehsalat Birliyinin balansına verilib.Ona görə də rayonun 17 kəndin 727 hektar torpaq sahəsi meşə fondunun torpağı kimi göstərilir.Bu ərazilərdə uzun illərdir evlər tikilib və əkin işləri həyata keçirilib”-deputat qeyd edib. 

O əlavə edib ki, əhalinin çoxsaylı müraciəti əsasında 727 hektar torpaq sahəsinin kənd sakinlərinin daimi mülkiyyətinə verilməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam imzalanıb. “Bundan əlavə olaraq Nazirlər kabinetinin 2005-ci il 2 noyabr  tarixli məktubu ilə həmin torpaqların vətəndaşların xüsusi mülkiyyətinə verilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçini  ləğv olunan Dpvlət Toroaq və Xəritəçəkmə Komitəsinə müvafiq tapşırıq verilsə də, bu günə kimi məsələ həllini tapmayıb. Bütün bunları nəzərə alaraq aidiyyatı dövlət qurumlarından 17 kəndin əsrlərlə istifadə etdiyi 727 hektar torpağın sakinlərin xüsusi mülkiyyətinə verilməsini və bununla bağlı fakta əsasən düzgün elektron xəritəsinin hazırlayaraq təmin etsinlər. Bununla da 17 kəndin uzun müddətdən bəri üzləşdiyi pronlem ədalətli həllini tapsın”- deputat bildirib.