Deputat Lənkəranda bir qrup sahibkarla görüş keçirib – Foto

Cari il iyulun 29-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təşəbbüs və dəstəyi, deputat Rüfət Quliyevin təşkilatcılığı ilə Lənkəran rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan bir qrup aparıcı sahibkarla görüş keçirilib.


XALQ.AZ xəbər verir ki, 9+1formatında keçirilən görüş deputat Rüfət Quliyevin deputat ofisində baş tutub.


Görüşdə Lənkəran Şəhər İcra Hakimiyyətinin sektor müdiri Rövşən Musayev, “Greentek” Şirkətinin rəhbəri Oqtay Vəliyev, “Green East” MMC-nin rəhbəri Fərman Abdullayev, “Cənub Aqro” MMC-nin rəhbəri Vüqar Nəsirov, “Beta Çay”fabrikinin rəhbəri İsmayıl Öztürk, “Astaraçay”MMC-nin rəhbəri İsmayıl Quliyev, “Gilan Orchands”MMC-nin rəhbəri Xaliq Talıbov, “Lenk Frut”MMC-nin rəhbəri Təvəkkül Rəhimov, “Citrus Valley”fermer təsərrüfatının başçısı Rəftarə Şükürova, “Muğan düyü”MMC-nin rəhbəri Şirqasım Məmmədov, cəltikciliklə məşğul olan fərdi sahibkarlar Rüfət Nəsirov və Asif Babayev iştirak ediblər.


Görüşü açan depytat Rüfət Quliyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə pandemiya şəraitində apardığı uğurlu siyasət kursundan, sahibkarlara daimi qayğısından ətraflı bəhs edib.


Sonra söz “Greentek”şirkətinin rəhbəri Oqtay Vəliyevə verilib.O, qeyd edib ki, rəhbərlik etdiyi şirkət müasir standartlara cavab verən, insan sağlamlığı ücün heç bir təhlükə yaratmayan gübrələrin satışı və konsaltinq xidmətlərilə məşğuldur.Gübrələrin satışı dünyanın bir çox ölkələrində həyata keçirilir. İndi də məqsəd Cənub zonasında gübrə satışını təşkil etməkdir.Məhsuldarlığın inkişafına çox kömək edən bu gübrələrin satışı üçün yaxın günlərdə Lənkəran şəhərində mağaza açılacaq.O.Vəliyev həmçinin bildirib ki, şirkət yeni texnogiyaya əsaslanan suvarma sistemlərinin tətbiqi ilə də məşğuldur. Bu sistemin tətbiqi sudan ən azı 50 faiz səmərəli istifadə etməyə imkanverir.Gələcəkdə Cənub zonasında bu sistem də tətbiq oluna bilər.


Görüşdə cıxış edən sahibkarlar ölkə başçısına, həmçinin rayon rəhbərliyinə onlara göstərilən qayğıya görə öz dərin minnətdarlıqlarını bildirdilər.
Görüşdə qərara alındı ki, gələcəkdə bütün suallara görə deputatın ofisinə müraciət olunsun.


Görüşü yekunlaşdıran deputat Rüfət Quliyev bildirdi ki, növbəti həftələrdə belə görüşlər Astara, Masallı, lerik, Cəlilabad və Yardımlı rayonlarında da təşkil olunacaq.


Keçirilən görüş xoş təəssüratla başa çatdı.

XALQ.AZ