Deputat Lerikin bu kəndlərində görüşlər keçirdi
Lerik rayonunun Cəngəmiran kəndində səyyar görüş-qəbul keçirilib
19 fevral 2025-ci il tarixində Lerik rayonunun Cəngəmiran kəndində növbəti səyyar qəbul keçirilib. Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərləri və Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cəngəmiran və Pirzəkücə kəndlərinin sakinləri iştirak edib. Sakinlər içməli su problemi, elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolların asfaltlanması, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.
Həmçinin millət vəkili Vasqi Qaraforv Lerik rayonunun Monidigah kəndində səyyar görüş-qəbul keçirib.
19 fevral 2025-ci il tarixində Lerik rayonunun Monidigah kəndində növbəti səyyar qəbul keçirilib. Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərləri və Monidigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Monidigah, Həzovi, Nisli, Jindi və Pendi kəndlərinin sakinləri iştirak edib. Sakinlər kənd təsərrüfatının inkişafı üçün suvarma sisteminin yaradılması, elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolların təmiri, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.