Elnur Rzayev şəhid övladını təbrik etdi
Xaçmazda icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb.
XALQ.AZ xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Tural Ağcabəyovun ailə üzvləri ilə görüşüb. Elnur Rzayev şəhidimizin oğlu Xəlil Ağcabəyovu 15 yaşı tamam olması münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb. Həmçinin, Xəlil Ağcabəyova qiymətli xatirə hədiyyələri təqdim olunub.
Şəhidimizin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.