media-qar

“Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır”​. 

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

 

O qeyd edilib ki, ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Xidmət rəsmisinin sözlərinə görə, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.


media-ads728x90

Bənzər xəbərlər