Deputat: “Linç kampaniyası yolverilməzidir”

“Bu gün məhkəmə, istintaq və təhqiqat orqanları “ictimai nəzarət” adı altında ciddi təzyiq mühitində işləyir”.  Bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, biz əgər ədalətli, obyektiv hərtərəfli araşdırma arzu ediriksə,cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə bütün qanunsuz təsirlərdən azad olmalıdır: “Amma bu gün hüquq-mühafizə orqanları prosesual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, kims hakimiyyətin göstərişi ilə tutuldu, kimsə siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Bu yersiz ritorikaya son qoyulmalıdır. Qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir”.