Deputat: “Mədəniyyətimiz bərpa olunur”

Bu gün Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dahi bəstəkar Üzeyir Hacıbəyov, musiqi korifeyimiz Bülbül və xan qızı Natəvanın büstlərinin doğma Vətənə qaytarılması prosesində iştirak ediblər.

Xatırlayırsınızsa, Şuşanın işğalı nəticəsində ermənilər həmin heykəlləri dağıtmış, güllə “yağışı”na tutmuşdular.

Milli Məclisin deputatı Elnur Allahverdiyev XALQ.AZ-a açıqlamasında bildirb ki, büstlər Gürcüstan vasitəsilə alınıb, Bakıya gətirilmişdi. Uzun illərdir ki, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin bu parlaq simalarının büstləri İncəsənət muzeyinin həyətinə yerləşdirilmişdi. İndi mədəniyyət paytaxtımızın erməni işğalından azad olunması ilə onların doğma şəhərə qaytarılması prosesi reallaşıb və bu gün dövlət başçısı bu tarixi hadisədə iştirak edib. Aşağıda büstlərin həm Bakıdakı, həm də Şuşadan şəkillərini görə bilərsiniz. Qarabağa, onun mərkəzi Şuşaya Azərbaycan əsgəri, üçrəngli bayrağımız, dilimiz, müqəddəs əzanımızla yanaşı, mədəniyyətimiz də geri dönür. Şuşanın yenidən bütün dünyaya səs salacağı, “Qafqazın konservatoriyası” adını bərpa edəcəyi günlərə az qalıb.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

На изображении может находиться: 3 человека, небо, дерево, облако и на улице
На изображении может находиться: 4 человека, люди стоят, дерево, небо и на улице
На изображении может находиться: 3 человека, люди стоят, дерево, небо и на улице
На изображении может находиться: 2 человека, дерево, небо и на улице
На изображении может находиться: 1 человек, на улице
На изображении может находиться: на улице
На изображении может находиться: 1 человек, цветок и на улице

На изображении может находиться: 2 человека, растение и на улице

XALQ.AZ