Deputat Naqif Həmzəyev vətəndaşların müraciətlərini dinləyib-FOTO

 

Xalq.az xəbər verir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Qəbula gələn seçicilər ilə müzakirələr aparan Naqif Həmzəyev onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problemlərlə tanış olub.

Görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı çətinliklər, habelə əlilliyin müəyyən olunması ilə əlaqədar üzləşdikləri problemlər, məşğulluq, maddi yardım və s. bu kimi məsələlər başlıca yer alıb.

Millət vəkili Naqif Həmzəyev eyni zamanda bildirib ki, qəbulda vətəndaşların səsləndirdiyi bütün müraciətlər qeydiyyata götürülüb və onlar ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Deputat Naqif Həmzəyev vətəndaşların müraciətlərini dinləyib FOTO