Deputat ölkədə COVİD-19 pandemiyası ilə aparılan mübarizədən danışdı

Milli Məclisin deputatı Kamran Bayramov Parlamentlərarası İttifaqın 142-ci Assambleyasının videoformatda keçirilən iclasında çıxış etdi.

XALQ.AZ xəbər verir ki, Parlamentlərarası İttifaqın mayın 27-də videoformatda keçirilən 142-ci Assambleyasının Ümumi Müzakirələr iclasında iştirak edərək çıxış edib, COVİD-19 pandemiyası ilə mübarizə sahəsində ölkəmizin yerli və beynəlxalq səviyyədə göstərdiyi səylər və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. İştirakçıların diqqətini dünyada peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölüşdürülməsi probleminə yönəltdik deyə deputat qeyd edib.