Deputat Ombusdmanın təklifini dəstəklədi-Video

Milli Məclisin plenar sessiyasında çıxış edərək, AR-nın insan hüquqları üzrə müvəkkilinin – Ombudsmanın 2020-ci il ərzində görülmüş işlərinə dair məruzəsinə müsbət münasibət bildirdim, təkliflə çıxış etdim.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki,Ombusdmanın cəmiyyətimizi narahat edən ailə planlaması vasitələrinin əlçatanlığının təmin edilməsi məqsədilə ailə planlaması üzrə strateji proqramın hazırlanması, həmçinin uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmin – Aliment Fondunun yaradılması üzrə qeyd etdiyi təkliflərin cəmiyyətimizə müsbət töhfə verəcəyinə inamımı bildirdim, dövlət qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində müraciətlərə daha effektiv baxılması mexanizmləri üzərində işlər aparılması təklifi ilə çıxış etdim.