Deputat onlayn qaydada seçiciləri ilə görüşüb – Foto

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva karantin rejimi dövrünün şərtlərini nəzərə alaraq, seçicilərini onlayn qaydada qəbul edib.

XALQ.AZ xəbər verir ki, deputat seçiciləri ilə onlayn görüşdə onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Deputat seçicilərin müraciətləri ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması ilə əlaqədar fikirlərini bölüşüb. Görüşdə pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər də müzakirə edilib.

Deputat seçiciləri bir daha karantin şərtlərinə əməl etməyə və bununla da hər zaman olduğu kimi, dövlətlə həmrəylik nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, pandemiya dövründə millət vəkili Jalə Əliyeva bir neçə dəfə deputatı olduğu bölgəyə səfər edib, seçiciləri ilə görüşüb. Bununla yanaşı, bu müddət ərzində millət vəkilinin təşkilatçılığı ilə Zərdabda tibbi maska paylanıb, sosial cəhətdən həssas olan bir neçə ailəyə yardımlar edilib. Ramazan bayramında isə millət vəkili Zərdabın 6 kəndində – Gəlmə, Aşağı Seyidlər, Şıxbağı, Dəliquşçu, Məmmədqasımlı, Hüseynxanlı, Gödəkqobunda valideyn himayəsindən məhrum 15 uşağın bayramını təbrik edib. Jalə Əliyevanın növbəti görüşü 15 iyun Qurtuluş gününə təsadüf edib. Bu münasibətlə onlayn qaydada görüşü zamanı seçicilərini təbrik edən deputat bu əlamətdar günün əhəmiyyətindən danışıb. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasəti sarsılmaz və əbədidir. Qəbulda iştirak edənlər millət vəkilinin fikirləri ilə həmrəylik nümayiş etdirib, ölkə Prezidenti İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz sevgi və ehtiramlarını ifadə ediblər. Qəbulda vətəndaşları narahat edən məsələlər, həllini gözləyən problemlər müzakirə edilib. Qəbulda seçicilərin fərdi xarakterli xahişləri də dinlənilib.

Qaldırılan məsələlərin həlli üçün yerli və mərkəzi icra orqanlarına deputat tərəfindən yazılı və şifahi müraciət edilib