Deputat parlamentdə Şəmkir və Daşkəsənin problemlərini qaldırdı

“Ötən iclaslarda qaldırılmış su təchizatı məsələsi barədə danışmaq istərdim. İki gün öncə cənab Prezidentin Dünya Bankının yüksək vəzifəli nümayəndələri ilə keçirtdiyi videokonfransda ölkəmizdə suvarma və su təchizatı sahəsində problemlərə toxunulub. Ölkəmizdə su təchizatı məsələsinin diqqət mərkəzində olduğu, su idarəetmə sistemləri üçün xüsusi hökumət komissiyasının yaradılması, bu problemin həlli üçün Dünya Bankı ilə əməkdaşlığa dəvət edilməsi barədə cənab Prezidentin videokonfransdakı sözləri bizə böyük ümid verir, bu məsələnin tədricən həll olunması perspektivlərini göstərir”.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin növbədənkənar sessiyasının dördüncü iclasında çıxışı zamanı deputat Kamran Bayramov deyib. Deputat seçildiyi dairəyə daxil olan Şəmkir rayonunda da bu problemin ciddi olaraq qaldığını bildirib:

“Ciddi su qıtlığından əziyyət çəkən yaşayış məntəqələri arasında Şəmkir su anbarının yaxınlığında yerləşən Yuxarı Seyfəli, Aşağı Seyfəli, Abbaslı və Mehrili kəndləridir. Yaymövsümündə quraqlıq olduğundan bu kəndlərdə su qıtlığı problemi xüsusi özünü biruzə verir. Su 24 kilometr uzunluğu olan Kotançı arxına qrafikə uyğun olaraq 10 gündən bir ikigün müddətinə verilir. Bu da əkin sahələrinin suvarılması üçün vətəndaşların suya olan tələbatın az bir hissəsini ödəyir. Bununla əlaqədar həm yaradılmış xüsusi hökumətkomissiyasına, həm də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edərəkbu məsələnin araşdırılaraq həll olunması istiqamətində tədbir görülməsini xahiş edirəm. Qaldırmaq istədiyim digər bir məsələ seçildiyim dairəyə daxil olan Daşkəsən rayonu ilə bağlıdır, xüsusilə də onun ərazisində yerləşən və respublikamızın qara metallurgiya kompleksinin mühüm müəssisələrindən biri olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə, daha dəqiq desəm, fəaliyyətsizliyinə aiddir. Əsas fəaliyyəti dəmir filizi konsentratının istehsalı olan bu müəssisə fəaliyyətə XX əsrinortalarında başlayıb, vaxtilə bu müəssisədə 2 mindən çox insan işləyib, amma 1990-cı illərin əvvəlində bağlanıb. 2006-cı ildə isə cənab Prezident rayona səfəri zamanı kombinatın açılışını etdi, yeni iş yerləri açıldı. Müəssisə bir müddət işlədikdən sonrafəaliyyətini tam dayandırıb. Bununla əlaqədar, cənab Prezident tərəfindən 2016-cı ildəimzalanmış müvafiq Sərəncama əsasən, müəssisə özəlləşdirməyə açıq elan olundu. Biz anlayırıq ki, özəlləşdirilmənin həyata keçirilməsi üçün hökumətimiz bütün tədbirlərigörüb, sadəcə olaraq, bu məsələnin reallaşdırılması üçün böyük maliyyə vəsaiti tələbedildiyindən (təxminən 600 milyon dollar) yerli və xarici investorlar maraq göstərmirlər. Buna baxmayaraq, mən bir daha Baş Nazirdən və İqtisadiyyat nazirindən xahiş etməkistərdim ki, məsələ ilə bağlı Daşkəsənin əhalisinə dəstək olsunlar, müəssisənin özəlləşdirilməsinə yetərli maliyyə gücünə malik olan investorların cəlb edilməsi imkanları araşdırılsın ki, bu müəssisənin fəaliyyəti tezliklə bərpa edilsin.Müəssisənin fəaliyyəti bərpa olunduğu təqdirdə nəinki Qərb regionuna, ümumiyyətlə, respublikamıza böyük iqtisadi gəlir gətirən müəssisəyə çevriləcək, Azərbaycanın metallurgiya sənayesi sahəsinə ciddi təkan verəcək, yeni iş yerlərinin açılmasına, Daşkəsənin və hətta ətraf rayonların sakinlərinin daimi işlə təmin olunmasına, bu regionda işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına, orada yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edəcək”.