Deputat: “Paşinyanın məzlum yalvarışları çıxılmaz vəziyyətdə olduğunu göstərir”

Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində hücumları davam etdirməklə işğal altında olan ərazilərimizi düşməndən təmizləyir .Milli Məclisin deputatı Nəsib Məhəməliyev XALQ.AZ-a bilidrib ki,davamlı zərbələrdən sonra, yeni ərazilərimizi işğal etmək arzusuna düşmüş ,,intellektual ordunun,, baş komandanı Paşinyan, əvvəlki məzlum görkəmini alaraq böyük ölkələrin liderlərinə,xristian dünyasına yalvarmağa başlayıb Azərbaycanı durdurmağı xahiş edir. Qeyd-şərtsiz danışıqlara hazır olduğunu bəyan edir. Cəmi bir həftə ərzində nə baş verdi?Bir həftə əvvəl BMT Baş Assambleyasının 75-ci sessiyasında və ondan əvvəlki beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatlara Ermənistanın təxribatlarının qarşısının alınması barədə xəbərdarlıqlar etdi. Paşinyanı təxribatlardan, qıcıqlandırıcı bəyanatlardan çəkinməsinə, qan tökülməsinin qarşısını alınmasına, problemin sülh yolu ilə həllinə dəvət etdi. Lakin Paşinyan böyük arxayınlıqla bütün təklifləri inkar etdi. Paşinyanın və snayper tüfəngi ilə poz verən arvadının əli şəhidlərimizlə bərabər, öz xalqının qanına batmışdır. Erməni xalqı, ilk növbədə anaları onlardan və əvvəlki cinayətkar rejimlərdən hesab sormalı, vicdanlarını təmizləməlidirlər. Çox təəssüflər ki, Prezident İlham Əliyevin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq bəzi beynəlxalq təşkilatlar və böyük ölkələrin rəhbərləri atəşkəs rejiminin bərpa olunmasını tələb edirlər. Artıq gecdir. Ermənistan torpaqları azad etmədən qətiyyən hər hansı danışıqlardan söhbət belə gedə bilməz. Ermənilər bu yolla vaxt qazanmaq, mənəvi-psixoloji durumu tamamilə pozulmuş ,,ordularını,, bərpa etmək istəyirlər. Buna yol vermək məğlubiyyətə bərabər olar. Belə bir tarixi məqamda göstərdikləri dəstəyə görə qardaş Türkiyə cümhuriyyətinə, Pakistana, Əfqanıstana, Ukraynaya, Macarıstana, Gürcüstana və başqa ölkələrə, təşkilatlara dərin təşəkkürlərimi bildirirəm.

Allah şəhidlərimizə rəhmət eləsin!!!

Allah vətənimizi qorusun!!!