Deputat təklif verdi

“Sertifikasiya imtahanları ilə bağlı Elm və Təhsil nazirliyinin keçirdiyi iclasda Emin Əmrullayevin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimdən sonra mənim nazirlə şəxsi WhatsApp yazışmamın Nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımlarının şahidi oldum. Nazirliyin yanında fəaliyyət göstərən İctimai Şuranın sədrinə bu məsələlərin – Azərbaycanda sertifikasiylaşmanın nəticələri və nazirlə şəxsi yazışmalarımın yayılmasının müzakirəsini gündəliyə daxil edilməsini təklif etdim”.

Bunu Milli Məclisin deputatı Etibar Əliyev özünün feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, üzvü olduğu İctimai Şuranın sabahkı (bugünkü – red.) iclasında bu təkliflərinin müzakirəsi baş tutacaq:

“Eyni zamanda təklif etmişdim ki, Şuranın iclası açıq keçirilsin, iclasa Elm və təhsil naziri Emin Əmrullayev və Təhsil ekspertləri də dəvət olunsunalar. Düşünürəm ki, sabah Şuranın iclasında Azərbaycan təhsili ilə bağlı mühüm məsələlər və ictimai maraq doğuran təkilflərim də geniş müzakirəyə çıxarılacaq”.