Deputat Prezidentə təşəkkür etdi

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif olunub.

Bunula bağlı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevə təşəkkür edib.

Millət vəkili qeyd edib ki, Heydər Əliyevin layiqli hüquqi-siyasi varisi və ən yaxın silahdaşının, müzəffər Ali Baş Komandanımızın imzası ilə müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımzın Ümummilli Liderinin adına təsis edilmiş və qanunvericiliklə ən yüksək hesab olunan medalla təltif edilmək yalnız sonsuz şükran və qürur hissində ifadə oluna bilər. Bu mənada, ali diqqətinə və göstərdiyi yüksək etimada görə möhtərəm Prezidentimizə özüm və ailəmin adından minnətdaram.
Yolumuz istisnasız olaraq Heydər Əliyev yoludur!