Deputat: “Prezident bir daha Azərbaycanın haqlı olduğunu sübut etdi”

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının son iclasında Prezidenti İlham Əliyevin dolğun, tutarlı, faktlarla zəngin çıxışına hər birimiz böyük maraqla izlədik. Milli Məclisin deputatı Emin Hacıyev XALQ.AZ-A MDB dövlət başçılarının görüşü zaman Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib. Deputat qeyd edib ki, Vətən müharibəsi ilə bağlı Prezident çıxışında baş verən proseslər ardıcıllıqla, faktlar əsasında izah olundu. MDB dövlət başçılarının belə görüşləri region üçün ciddi əhəmiyyət daşıyır. Belə bir görüşdə Prezident İlham Əliyevin bir çox məsələlərə beynəlxalq hüquq normaları çərçivəsində bir daha aydınlıq gətirməsi xüsusi əhəmiyyət daşıyır. Müzəffər Ali Baş Komandan həm də müharibədən sonrakı dövrdə Qarabağda aparılan quruculuq işlərini də dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu bizim üçün proqram və fəaliyyət planı xarakteri daşıyan bir çıxışdır.