Deputat Prezident İlham Əliyevə təşəkkür etdi

Milli Məclisin deputatı İltizam Yusifov  Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif olunub.

Bunula bağlı  İltizam Yusifov  Prezident İlham Əliyevə təşəkkür edib.

 Millət vəkili  bildirib ki,Dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli lider “Heydər Əliyevin 100 illik yubiley(1923-2023) medalı” ilə təltif olunmaq, hesab edirəm ki, millətini, xalqını, dövlətini sevən hər bir şəxs üçün qürürdur, şərəfdir.
Bu şərəfli təltif üçün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.