Deputat Rüfət Quliyev Ekspert Şurasının videokonfransında çıxış edib

Aprelin 20-də Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının nəzdindəki iqtisadiyyat üzrə Ekspert Şurasının videokonfransı keçirilib.
Konfransı Ekspert Şurasının sədri, Sankt- Peterburq dövlət iqtisad universitetinin rektoru, iqtisad elmləri doktoru İ. A. Maksimtsev açıb.
Videokonfransda MDB-yə üzv olan ölkələrin iqtisadiyyatının, maliyyə strukturlarının, xarici ticarət problemlərinin, istehsal imkanlarının, elmi- texniki innovasiyalarının müasir dövrdə inkişafının müxtəlif aspektlərinə həsr olunmuş 6 fundamental məsələ müzakirə olunub.
Müzakirəyə çıxarılan mövzular ətrafında ümumi diskussiyalar keçirilib.
Müzakirələrdə Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, iqtisad elmləri doktoru, professor, MDB PA-nın iqtisadiyyat və maliyyə üzrə Daimi komissiyası sədrinin müavini Rüfət Quliyev çıxış edib. Çıxışda Azərbaycan iqtisadiyyatında baş verən bir çox pozitiv hallar öz əksini tapıb.Deputat çıxışında həmçinin təklif edib ki, Şuranın gələcək iclaslarının hər birində MDB- nin ayrı -ayrı ölkələrində yuxarıda qeyd olunan məsələlərin həlli istiqamətində baş verən müsbət işlərlə bağlı 2 ölkənin təcrubəsi müzakirə edilsin. Misal üçün, Moldovada və Belarusda kənd təsərrüfatı sahəsində həyata keçirilən uğurlu modellər, Azərbaycanda “Sənaye parkları”nın nailiyyətləri, Rusiya Federasiyasında maşınqayırmadakı müsbət irəliləyişlər, həmçinin digər respublikalardakı təqdirəlayiq təcrübələr müzakirə mövzusu ola bilər və Şuranın iş planında da bu
öz əksini tapmalıdır.
Rüfət Quliyevin təklifi çox müsbət qarşılanıb və qəbul edilib.