Deputat şəhid ailələri ilə görüşdü

Deputat Vüqar İskəndərov Ramazan bayramı münasibəti ilə Şəkidə şəhid ailələri ilə görüşüb.

 

XALQ.AZ məlumat verir ki, millət vəkili qəhrəmanlarımızın ailə üzvlərinin evlərini ziyarət edərək Ramazan bayramı münasibətilə onları təbrik edib və ən xoş arzularını çatdırıb.

 

Ailələrə bayram sovqatı təqdim olunub.

 

Ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı sakinləri məlumatlandıran millət vəkili Böyük Qayıdışın təmin olunması ilə bağlı Qarabağ ərazisində aparılan abadlıq-quruculuq işlərindən danışıb.

 

Deputat başda Ali Baş Komandan İlham Əliyev olmaqla şəhidlərimizin qanı bahasına işğaldan azad olunan torpaqlarımızın artıq cənnət məkana çevrildiyini vurğulayıb.

 

Bəzi şəhid ailələrinin müraciətləri qeydə alınıb və əksəriyyəti yerindəcə həllini tapıb.