Deputat şəhid ailələrinə dəstək oldu-Fotolar

Milli Məclisind deputat Vüqar İskəndərovun təşkilatçılığı, Şəkinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Qarabağın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızdan dördünün övladlarının yüksək səviyyədə təhsil almaları, həmçinin fərdi inkişaflarında hansısa bir çətinliklə qarşılaşmamaları üçün onlara aylıq təqaüd veriləcək.

XALQ.AZ xəbər verir ki, şəhid övladlarının təhsil xərclərinin və digər zəruri xərclərin qarşılanması məqsədi ilə nəzərdə tutulan bu təqaüdün ilk təqdim olunması zamanı deputat özü də iştirak edib. Qeyd edək ki, hələlik aylıq təqaüd 4 ailə üçün nəzərdə tutulsa da növbəti aylarda bu ailələrin sayının artırılması planlaşdırılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların övladları bizə əmanətdir.

XALQ.AZ