Deputat şəhid ailəsini ziyarət etdi

Milli Məclisin deputatı Aydın Hüseynov Şəhid Əhmədov Cavanşir Xeyrulla oğlunun anım günü ilə əlaqədar Ələt qəsəbəsində yerləşən Şəhidlər xiyabanında məzarını ziyarət edib və sonra ailəsinə baş çəkib.

XALQ.AZ xəbər verir ki,Cavanşir Əhmədov Xüsusi təyinatlı qüvvələri tərkibində Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında iştirak edib. Xocavənd uğrunda döyüşlərində şəhid olub. Şəhid Ali Baş Komanadan tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.Şəhid Cavanşir Əhmədovun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır!

Şəhidimizə Allahdan rəhmət elesin.