Deputat şəhid və qazi ailələrini ziyarət etdi-Foto


Jalə Əliyeva şəhid ailələri  görüş zamanı bildirib ki, şəhidlərimiz bizim hər birimizin baş tacıdır:

“Şəhid məzarları, Şəhidlər xiyabanları bizim müqəddəs and yerimizdir. Hamısına minnətdarıq, hamısına bir ömür boyu borcluyuq.

Qeyd edək ki, hər zaman seçicisinin yanında olan, onların qayğılarını, problemlərini dinləyən, dilə gətirilən məsələləri parlament tribunasından, digər kürsülərdən səsləndirən, bir çox hallarda onların həllinə nail olan deputat Şəhid və Qaziləri, onların ailələrini də heç zaman unutmayıb, diqqətdən kənarda saxlamayıb.

Zərdaba və Ucara, 92 Seçki Dairəsinə aid olan bölgələrə səfərləri zamanı hər zaman Şəhid və Qazi ailələri ilə görüşüb, onları düşündürən məsələlərlə maraqlanıb, dəstək olub.

Zərdaba növbəti səfəri zamanı deputat yenə də Şəhid ailələrinə-44 günlük tarixi İkinci Vətən Müharibəsində dastan yazmış, Şəhidlik məqamına ucalmış zərdablı Şəhidlərin ailələlərinə baş çəkib, Vətən qəhrəmanlarının məzarlarını ziyarət edib.

XALQ.AZ